Bu il Ədəbiyyat üzrə Nobel mükafatı qaliblərinin adı açıqlanıb. Lent.az-ın nobelprize.org-a istinadən verdiyi məlumata görə, Ədəbiyyat üzrə Nobel mükafatı fransız yazıçı Patrik Modianoya verilib.
Qeyd edək ki, mükafatçıların adı son ana qədər gizli saxlanılır. Nobel komitənin üzvləri namizədləri müzakirə edərkən, onların gerçək adlarından deyil, ləqəblərdən istifadə edirlər. Məsələn, ingilis dramaturqu Harolda Pinterin ləqəbi “Hari Potter”, fransız yazıçsı Jana-Mari Qustava Leklezonun ləqəbi isə “Şatobrian” olub.
Ötən il ədəbiyyat üzrə Nobel mükafatını kanadalı “müasir hekayələr ustası”, yazıçı Elis Munro almışdı.