Bu ölkə virtual vətəndaşlıq təklif edir
10 oktyabr 2014 10:49 (UTC +04:00)

Bu ölkə virtual vətəndaşlıq təklif edir

Estoniya Respublikası dünyanın “elektron vətəndaşlıq” verən ilk ölkəsi olacaq. Lent.az-ın Rabitə və Yüksək Texnologiya Nazirliyinin saytına istinadən məlumatına görə, 50 avro (63 dollar) ödəməklə Estoniyanın virtual vətəndaşları ölkədə göstərilən rəqəmli xidmətlərdən istifadə etmək, eləcə də elektron sənədləri imzalamaq imkanı əldə edəcəklər. "International Business Times” nəşrinin məlumatına görə, bura onlayn bank, təhsil və səhiyyə xidmətləri daxildir.

 

Avropa İttifaqında Estoniya virtual vətəndaşlarının elektron imzaları əl imzaları kimi qanuni hesab ediləcək. Estoniya virtual vətəndaşlığı iş adamlarına və ölkədə bizneslə məşğul olmaq arzusunda olan, lakin yaşayış yerini dəyişmədən Estoniya vətəndaşlığını almaq istəyən insanlara verəcək. Bu addım hökumət və ölkənin informasiya-kommunikasiya sənayesi arasında əməkdaşlıq nəticəsində yaranan “elektron təşəbbüs” proqramının tərkib hissəsidir. Təşəbbüs Estoniyanı dünyanın ən qabaqcıl ölkələrindən biri etmək məqsədi daşıyır.

 

Bununla belə, Estoniya hökuməti bəyan edir ki, virtual vətəndaşlıq ölkənin rəsmi vətəndaşlığının alınmasına zəmanət vermir.

 

Virtual vətəndaşlığı almaq üçün şəxsən Estoniya Sərhəd Xidmətinə gələrək ərizə ilə müraciət etmək tələb olunur. Məsələ ilə bağlı qərar iki həftə ərzində veriləcək və bundan sonra Sərhəd Xidmətinə bir daha gələrək elektron kartı almaq lazım olacaq.

 

Virtual vətəndaşlıq kartı adi identifikasiya (şəxsiyyət vəsiqəsi) kartı deyil. Sənədin üzərində kart sahibinin fotoşəkli olmur. Fotoşəkli quraşdırılmış təhlükəsizlik sertifikatı və ikifaktorlu autentifikasiya mikroçipi əvəz edir. Estoniya hökumətinin məlumatına görə, bu, kartdan xüsusi quraşdırılmış proqram və kompüterə “USB” ilə qoşulan oxu qurğusu vasitəsilə istifadə etməyə imkan verir.  

 

Ölkə virtual vətəndaşlıq kartlarını cari ilin sonunadək buraxmağa başlamağı planlaşdırır.

 

15 yaşı tamam olan bütün Estoniya vətəndaşları identifikasiya kartlarına malikdir. Estoniya xəstəxanaları elektron tibbi sığorta və doğum haqqında elektron şəhadətnamələr verir. Bundan başqa, ölkədə identifikasiya kartlarının (ID kart) verildiyi on il ərzində təhlükəsizlik sisteminin pozulması ilə bağlı hal qeydə alınmayıb, - “Vesti” yazır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940

Oxşar yazılar

Rusca danışan məktəb direktoru işdən QOVULDU

Rusca danışan məktəb direktoru işdən QOVULDU

14 may 2025 , 16:16
Polislərə elektrikli skuter  veriləcək

Polislərə elektrikli skuter veriləcək

14 may 2025 , 15:20
1977-ci ildəki  qətlə görə TUTULDU - Siqaret izi ilə  bilindi...

1977-ci ildəki qətlə görə TUTULDU - Siqaret izi ilə bilindi...

14 may 2025 , 13:14
Sursatlar partladı: 13 nəfər öldü

Sursatlar partladı: 13 nəfər öldü

14 may 2025 , 07:58
Hindistanda pələng üç qadını  parça-parça etdi

Hindistanda pələng üç qadını parça-parça etdi

14 may 2025 , 06:57
“Microsoft” 6 min əməkdaşını ixtisar edir

“Microsoft” 6 min əməkdaşını ixtisar edir

14 may 2025 , 05:27
Uruqvayın keçmiş prezidenti öldü

Uruqvayın keçmiş prezidenti öldü

14 may 2025 , 03:23
“Mamagama” mübarizəni dayandırdı

“Mamagama” mübarizəni dayandırdı

14 may 2025 , 01:33