Ebola virusu Cənubi Amerikaya da gedib çatdı. Lent.az-ın vesti.ru-ya istinadən məlumatına görə, Braziliyada 47 yaşlı kişi yüksək hərarətlə xəstəxanaya yerləşdirilib. O, sentyabr ayında Qvineyada olub. Artıq onda Ebola virusunun əlamətləri özünü biruzə verməyə başlayıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Ebola virusu ilk olaraq 2014-cü ilin fevral ayında Qərbi Afrika ölkələri olan Liberiya, Qvineya, Nigeriya və Syerra-Lionesdə aşkarlanıb. Xəstələr arasında ölüm göstəricisi təxminən 90% təşkil edir ki, bunun da yoluxma yolları müxtəlifdir. Virusun insan orqanizminə düşməsi əsasən yoluxmuş heyvanların qanı və digər bioloji mayelər ilə sıx təmas nəticəsində, habelə insandan insana yoluxma ilə baş verir.