İspaniya prokurorluğu hakim partiyanın işini araşdırır
06 fevral 2013 22:18 (UTC +04:00)

İspaniya prokurorluğu hakim partiyanın işini araşdırır

İspaniya prokurorluğu hakim Xalq Partiyasının keçmiş xəzinədarını  dindirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, istintaq mətbuatda partiyaya edilən ianələrin gizli bank hesabları vasitəsi ilə partiyanın ali rəhbərliyinin, o cümlədən baş nazir Mariano Raxoyun sərəncamına ötürülməsi məsələsini araşdırır.

 

Mələmata əsasən, mətbuat iddia edib ki, onların əlinə keçmiş xəzinədar Luis Barsenasın apardığı mühasibat dəftəri keçib.

 

Partiya təmsilçiləri və baş nazir ünvanlarına deyilən ittihamları təkzib edir. 

# 394
avatar

Oxşar yazılar