Odessada Şəhər Günü çərçivəsində “Azərbaycan” və “İstanbul” parklarının təməlqoyma mərasimi keçiriləcək. Lent.az-ın məlumatına görə, bu barədə Şəhər Sovetliyindən “UNN”ə bildirilib.
“Azərbaycan” parkının salınmasını Azərbaycan tərəfi öz üzərinə götürüb. Yeni yaşıl istirahət zonasını 2 hektarlıq sahəyə böləcəklər. Orada gül bağçası və fontanların tikintisi nəzərdə tutulub.
“İstanbul” parkı isə sentyabrın 3-dən salınmağa başlayacaq.