Rəfsəncani Əhmədinejad haqda sərt danışdı
01 may 2013 15:17 (UTC +04:00)

Rəfsəncani Əhmədinejad haqda sərt danışdı

İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani bir sıra yazıçı, jurnalist və ziyalılarla görüşüb. Lent.az-ın  D-A-K.org –a istinadən verdiyi məlumata görə, görüş iştirakçıları ondan prezidentliyə namizədliyini irəli sürməsini xahiş edərək ölkəni bu vəziyyətdən çıxartmaq üçün yeganə layiqli qüvvənin olduğunu söyləyiblər. 

Rəfsəncani isə "seçkilərə qatılmayacağam demirəm" deyərək mövcud durumdan öz narazılığını bildirib: "Gələcək hökumət bir çox problemlərlə üzləşəcək. Çünki hökumətin bir çox borcları var. Bu problemlərlə üzləşmək üçün prezident kreslosunda 80 yaşlı bir qoca əyləşməsi lazım deyil. Deyirsiniz ölkədə olan problemləri yalnız mən həll edə bilərəm. Bu məni utandırır. Sizin sözlərinizi qəbul etsəm, bu o deməkdir ki, bu 34 il müddətində biz layiqli adamlar yetişdirə bilməmişik". 

 

Rəfsəncani İrar adlanan yerin prezidenti Mahmud Əhmədinejadın layiqli şəxsləri təqaüdə göndərdiyini bildirərək onun xarici və daxili siyasətdə bir çox səhvlərə yol verdiyini vurğulayıb: "Əhmədinejad mənim valilərimdən biri olub. O, həmçinin Xoy və Maku şəhərlərində mənim prezidentlik dövrümdə rəsmi vəzifələrdə işləyib, lakin o daim inqilab qüvvələrini və layiqli şəxsləri bədnam edib və uzaqlaşdırmağa çalışıb. İndi Əhmədienjad xarici ölkələrin hamısına meydan oxuyur və sonra İrana qarşı sanksiya qətnamələrini kağız parçaları adlandırır. İran İsraillə müharibə etmək niyyətində deyil, lakin ərəb ölkələri savaş açsa, İran onlara yardım göstərəcək".

 

Xatırladaq ki, Rəfsəncaninin bu görüşü onun seçkilərə qatılmasına hazırlanmasını göstərir. Rəfsəncani özü birbaşa seçkilərə qatılmaq istəməsə də, yaxınlarından biri onun dəstəyilə seçkilərə qatıla bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 860
avatar

Oxşar yazılar