İstanbul Texniki Universitetinin tələbələri tərəfindən istehsal edilmiş və tamamilə günəş enerjisi ilə işləyən avtomobil 6 saat müddətində sınaqdan keçirilib. Sınaq zamanı maşının şəhər yollarında normal hərəkət etmək qabiliyyəti və manevr imkanları özünü doğruldub.
Qısa məsafə üçün sınaqdan keçirilən maşın bu imtahandan uğurla keçdiyi üçün daha ciddi mərhələyə keçirilib. İndi günəş enerjisi ilə işləyən bu avtomobil İstanbuldan Ankaraya kimi olan yolu qət etməlidir.
Maşın hələlik bir nəfərlikdir və maksimal sürət həddi saatda 130 kilometrdir. Maşının istehsalı üçün universitetin 20 nəfərlik tələbə heyəti aylarla əziyyət çəkib.
Qeyd edək ki, günəş avtomobilini ilk sınaqdan keçirən şəxs Türkiyənin ralli sürücüsü Burcu Çetinkaya həyata keçirib. Sabah avtomobil Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldıza təqdim ediləcək.