Yeni doğulan körpəni küçəyə atdılar, itlər parçaladı
17 dekabr 2025 19:59 (UTC +04:00)

Yeni doğulan körpəni küçəyə atdılar, itlər parçaladı

0

Hindistanda sahibsiz itlər yenicə doğulmuş körpəyə hücum ediblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Odişa ştatında baş verib.

Balikatiраn kəndinin sakinləri itlərin ağızlarında qəribə əşyalar daşıdıqlarını görüblər. Daha sonra məlum olub ki, sahibsiz heyvanlar dişlərində körpənin bədən hissələrini aparıblar.

İlkin məlumata əsasən, valideynlər yenicə doğulmuş körpəni küçədə qoyublar. Həmin anda sahibsiz itlər uşağa yaxınlaşaraq ona hücum ediblər. Valideynlərin körpəni qəsdən tərk edib-etmədiyi dəqiqləşdirilmir. Hadisənin bütün halları polis tərəfindən araşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar