Yerə cəmi 28 işıq ili uzaqlıqda  üç ulduzlu sistem aşkarlandı
20 noyabr 2026 04:29 (UTC +04:00)

Yerə cəmi 28 işıq ili uzaqlıqda üç ulduzlu sistem aşkarlandı

0

 

Astronomlar Günəş sisteminə nisbətən yaxın məsafədə yerləşən qeyri-adi üç ulduzlu sistem müəyyənləşdiriblər. Sistemin xüsusilə iki ağ cırtdan ulduzu birləşdirməsi alimlərin diqqətini çəkib.

Lent.az xəbər verir ki, bu barədə “Phys.org” Monreal Universitetinin araşdırmasına istinadən məlumat yayıb.

“Welopōʻai” adlandırılan sistem Yerdən təxminən 28 işıq ili uzaqlıqda yerləşir. Burada bir qırmızı cırtdan və iki ağ cırtdan ulduz mövcuddur.

Ulduzlardan biri qırmızı cırtdanla yaxın orbitdə hərəkət edir. Digər ağ cırtdan isə bu cütlükdən daha uzaq məsafədə dövr edir. Sistem iki ağ cırtdana malik, bizə məlum olan ən yaxın üçlü ulduz sistemidir.

Alimlər hesab edirlər ki, belə sistemlər ulduzların təkamülünü və gələcəkdə onların qarşılıqlı təsirinin nəticələrini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 144

Oxşar yazılar