"Oskar" mükafatlarının təqdim edilməsi mərasimi 2029-cu ildən etibarən "YouTube" servisində yayımlanacaq.
Lent.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası yayıb.
Qeyd edilir ki, bağlanmış saziş çərçivəsində "YouTube" təkcə mərasimin özünü deyil, habelə qırmızı xalıdan reportajları, səhnəarxası materialları və "Governors Awards" mükafatının təqdimatını yayımlayacaq.
"Oskar" mükafatının təqdim edilməsi mərasimi "YouTube"da 2033-cü ilədək ödənişsiz əsasda yayımlanacaq.
Buna qədər isə mərasim "Alphabet Network" telekanalında 2028-ci ilədək göstəriləcək.