Zelenskinin mühafizəsində  satqın   aşkarlandı
07 may 2024 12:20 (UTC +04:00)

Zelenskinin mühafizəsində satqın aşkarlandı

Ukrayna Təhlükəsizlik Xidməti Dövlət Mühafizə İdarəsinin departamentlərindən birinin rəisi, polkovnik Andrey Quku xarici kəşfiyyat xidmətlərinə məxfi məlumat ötürdüyünə görə saxlayıb. 

Lent.az bildirir ki, bu barədə “Strana.ua” nəşri öz Telegram kanalında məlumat yayıb.

Andrey Quk müdafiə olunan şəxslər (o cümlədən Ukrayna prezidenti) haqqında məxfi məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürməklə vətənə xəyanətdə ittiham olunur.

Onunla birlikdə idarənin daha bir əməkdaşı saxlanılıb və o, məlumatın ötürülməsində şərik olmaqda ittiham olunur.

Andrey Quk idarənin rəhbəri Sergey Rudinin yaxın dostu hesab olunur. Onlar Sərhəd Qoşunlarının Akademiyasında birlikdə oxuyublar və xaç atası olublar. Strana.ua nəşrinin mənbələrinə görə, Sergey Rud Quku özünə müavin təyin etmək istəyib.

Ukrayna Dövlət Mühafizə İdarəsi dövlət orqanlarının və yüksək vəzifəli dövlət məmurlarının mühafiəsi ilə məşğuldur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2286
avatar

Oxşar yazılar