Zəlzələdə ailəsindən 120 nəfəri  İTİRDİ , sözləri ürək PARÇALADI
13 mart 2023 16:05 (UTC +04:00)

Zəlzələdə ailəsindən 120 nəfəri İTİRDİ, sözləri ürək PARÇALADI

0

Fevralın 6-da Türkiyədə baş verən və fəlakətə səbəb olan 2 böyük zəlzələnin yaraları sağalmaqda davam edərkən, zəlzələ ilə bağlı ürək ağrıdan xəbər yayılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Sinqapurda restoran işlədən Ahmet Akpınar Kahramanmaraşdakı zəlzələdə ailəsindən 120 nəfərin həyatını itirdiyini bildirib.

Fəlakətlər zamanı Türkiyədə olan qardaşı ilə saatbaşı danışdığını vurğulayan Akpınar bunları söyləyib:

“İnanmaq çox çətindir. Bu, təkcə ailə üzvlərinin itkisi deyil, bəzi ailələr tamamilə yoxa çıxıb”.

Zəlzələdə anası, bacısı və qardaşının dağıntılar altından çıxarıldığını paylaşan Akpınar, ailəsinin hələlik çadırda qaldığını bildirib. Akpınar mərhum qohumlarının əsasən əmisi oğulları və onların ailələri olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2148

Oxşar yazılar