Zəlzələdə ən çox insan itkisi yaşanan Hataydan-FOTOLENT
07 fevral 2023 23:15 (UTC +04:00)

Zəlzələdə ən çox insan itkisi yaşanan Hataydan-FOTOLENT

Türkiyədəki zəlzələ nəticəsində ən çox insan itkisi Hatay bölgəsində qeydə alınıb. 

APA-nın Hataya ezam olunmuş əməkdaşı xəbər verir ki, son məlumata görə, adıçəkilən bölgədə zəlzələ nəticəsində 1 647 nəfər ölüb, 6 200 nəfər yaralanıb.

Hatayda 2749 bina dağılıb.

Axşam saatları olmasına baxmayaraq, bölgədə axtarış-xilasetmə işləri davam etdirilir. Hatay vilayətində 2902 xilasedici olmaqla 9823 şəxsi heyət axtarış işlərinə cəlb olunub. Bildirilir ki, Hataya əlavə xilasedicilər yerləşdiriləcək.
 

# 5667
avatar

Oxşar yazılar