Zəlzələlərdə 5 milyon uşaq TƏSİRLƏNİB - UNICEF
24 fevral 2023 11:43 (UTC +04:00)

Zəlzələlərdə 5 milyon uşaq TƏSİRLƏNİB - UNICEF

0

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) zəlzələlərin Türkiyə və Suriyada 5 milyon uşağın təsirləndiyini açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, uşaqların bu müddət ərzində psixologiyasını bərpa etməsi üçün oyun oynaması, əylənməsi, həmyaşıdları və sevdikləri ilə vaxt keçirməsi çox vacib olacaq.

Məhz buna görə də uşaqlara uyğun məkanlar travmanın aradan qaldırılmasında və ya onun təsirlərinin azaldılmasında mühüm rol oynayır. Uşaqların həmyaşıdları ilə ünsiyyət qura bildiyi sahələr yaradılmalıdır. Ötən gün UNICEF-in zəlzələ qurbanları üçün topladığı yardımı daşıyan yük təyyarəsi də Adanaya çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1509

Oxşar yazılar