Müxtəlif geyimlər üçün hansı yuma rejimini  seçmək daha yaxşıdır?
20 dekabr 2025 12:09 (UTC +04:00)

Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha yaxşıdır?

0

Müasir paltaryuyan maşınlar əvvəlki kimi deyil. Xüsusilə yeni modellərin bəzilərində ondan artıq yuma rejimi mövcuddur. Bundan əlavə, yuma zamanı suyun temperaturu, sıxma sürəti, yuma müddəti və qarışdırma intensivliyi kimi bir çox amillər də nəzərə alınmalıdır. 

Lent.az bu yuma rejimlərini təqdim edir:

Niyə bu qədər çox yuma rejimi var?
Yeni məişət texnikası və cihazların ortaya çıxması ilə daim yenilənmələr baş verir və bu yeniliklərin çoxu texnoloji sahə ilə bağlıdır. Bu, paltaryuyan maşınlara da aiddir.

“Paltaryuyan və quruducu maşınların texnologiyası indiyədək heç vaxt olmadığı qədər inkişaf edib. Məqsəd yuma prosesini asanlaşdırmaqla yanaşı, geyimləri daha təmiz, daha sürətli və daha az su və enerji sərf etməklə yumaqdır bu, kifayət qədər iddialı bir məqsəddir”, - deyə Petrino vurğulayıb.

Ekspert həmçinin paltaryuyan maşında yuyula bilən geyimlərin sayının artmasına diqqət çəkib.

“İdman geyimlərinin, funksional parçaların populyarlığı və keyfiyyətli, ekoloji materiallara artan maraq insanları qarderobları üçün daha keyfiyyətli geyimlər almağa sövq edir. Bunun əsas səbəbi isə paltarları uzun illər yaxşı vəziyyətdə saxlamaq istəyidir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, idman geyimlərinin geniş yayılması fonunda kapsul yuyucu vasitələrə, ətir gücləndiricilərinə və ekoloji yuma məhsullarına tələbat da artıb.

Hansı yuma rejimindən mütəmadi istifadə etmək olar?
Petrinonun sözlərinə görə, bir çox insan əsasən “normal” və ya “qarışıq yükləmə” rejimindən istifadə edir. Maşınınızda bu rejimin hansı versiyası olmasından asılı olmayaraq, suyun temperaturu və sıxma sürəti müxtəlif parçaların birlikdə təhlükəsiz yuyulması üçün uyğun səviyyədə saxlanılır.

“Bir çox ailə bu universal rejimdən istifadə etsə də, geyimlərə daha yaxşı qulluq və daha yüksək effektivlik verən xüsusi rejimlərlə də tanış olmaq faydalıdır”, - deyə ekspert əlavə edib.

Əksər insanlar “qarışıq yükləmə” rejimindən başqa bütün digər rejimləri görməzlikdən gələrək şalvarları, svitşotları, dəsmalları və yataq dəstlərini birlikdə yuyur. Lakin Petrino vurğulayır ki, yataq dəstlərini və geyimləri ayrı-ayrılıqda yumaq yuma keyfiyyətini artıra bilər.

“Parça növünə uyğun yuma rejiminin seçilməsi daha effektiv və zərif yuma təmin edir. Bu, həmçinin corab kimi xırda əşyaların mələfələrin içində ilişib qalmasının qarşısını alır”, - deyə o bildirir.

Daha hansı yuma rejimlərindən istifadə etmək lazımdır?
Əgər zərif geyimləriniz varsa, “zərif yuma” rejimini seçmək tövsiyə olunur. Bu rejim incə parçaları qoruyur və “onlarla yuma sonrası belə formasını və yumşaqlığını saxlamasına kömək edir”.

“Tez yuma” rejimi isə vaxtınız az olduqda və az miqdarda paltarı yumaq lazım gəldikdə ideal seçimdir. Petrinonun sözlərinə görə, bəzi paltaryuyan maşınlarda 15 dəqiqəlik yuma rejimi mövcuddur ki, bu da həmin gün geyinməli olduğunuz köynəkdəki ləkəni tez aradan qaldırmaq üçün əladır.

Paltaryuyan maşında hansı gözlənilməz əşyaları yumaq olar?

Southern Living-in qeyd etdiyinə görə, Petrino həmçinin xalçaları, bəzi yoqa xalçalarını və hətta müəyyən silikon mətbəx ləvazimatlarını da paltaryuyan maşında yumağın mümkün olduğunu bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar