İki  dördotaqlı ev kül oldu
09 avqust 2012 12:14 (UTC +04:00)

İki dördotaqlı ev kül oldu

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kövər kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kvadrat metr olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Oxşar hadisə Kürdəmir rayonunda da qeydə alınıb. Rayonun Çərtəyaz kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kvadrat metr olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət kürsülü evin yanar konstruksiyaları və ev əşyaları tamamilə yanıb.

Xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 637

Oxşar yazılar