Qadın polkovnik-leytenant faciəli şəkildə ölüb
05 sentyabr 2012 15:38 (UTC +04:00)

Qadın polkovnik-leytenant faciəli şəkildə ölüb

0
APA-nın məlumatına görə, kəllə-beyin travması ilə Daxili Qoşunların hospitalına yerləşdirilən Daxili Qoşunların Baş İdarəsinin sanitar-epidemioloji dəstəsinin rəisi Xanımzər Nabatəliyeva dünyasını dəyişib.

Aparılan araşdırmalar zamanı X. Nabatəliyevanın bir neçə gün əvvəl 165 saylı xətt avtobusundan yıxılaraq xəsarət aldığı məlum olub. Aldığı xəsarətlər ağır olduğundan onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5510

Oxşar yazılar