Mağazaya süd almağa getdi, milyonçu oldu
01 oktyabr 2026 14:58 (UTC +04:00)

Mağazaya süd almağa getdi, milyonçu oldu

0

Avstraliyanın Pert şəhərində yaşlı kişi süd almaq üçün mağazaya gedərkən təsadüfən lotereya bileti də alıb və bu qərar ona 1,25 milyon dollar qazandırıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, təqaüdçü Qərbi Avstraliya ştatında “Saturday Lotto” tirajının yeganə qalibi olub. Ümumilikdə 6 milyon dollarlıq cekpot ölkə üzrə beş nəfər arasında bölünüb.

Kişi lotereyada iştirak etməyi əvvəlcədən planlaşdırmayıb və bileti mağazada spontan şəkildə alıb.

“İndiyə qədər buna inana bilmirəm. Heç vaxt qalib gələcəyimi düşünməzdim”, – o bildirib.

Təqaüdçü həmçinin həyat yoldaşına daimi qulluq etdiyini deyib. İndi cütlük uzun müddətdir arzuladıqları, yaxınlıqda yerləşən qocalar üçün yaşayış kompleksinə köçməyi planlaşdırır.

Onlar uduşun bir hissəsini xeyriyyə təşkilatlarına və xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara yardım göstərən fondlara bağışlamaq niyyətindədirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar