Kürdəmirdə 92 nəfərin toyda  zəhərlənməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
01 oktyabr 2026 11:19 (UTC +04:00)

Kürdəmirdə 92 nəfərin toyda zəhərlənməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

0

Kürdəmirdə baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

***
09:57

Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş şəxslərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.

Dünən saat 20:50-də 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Həmçinin AQTA-dan bildirilib ki, Kürdəmir rayonunda yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verən zəhərlənmə hadisəsi ilə bağlı Agentlik tərəfindən araşdırma aparılır.

Qeyd olunub ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***
00:57

Kürdəmirdə qidadan zəhərlənənlərin sayı 50 nəfərə çatıb.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, müraciət edənlərin sayının artacağı istisna edilmir.

***
23:33

Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinaədn xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində baş verib.

Belə ki, şadlıq evində keçirilən toy mərasimindən sonra 30 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2390

Oxşar yazılar