Azərbaycanda müəllim dərs üstündə  həmkarını DÖYDÜ  - YENİLƏNİB
01 oktyabr 2026 12:25 (UTC +04:00)

Azərbaycanda müəllim dərs üstündə həmkarını DÖYDÜ - YENİLƏNİB

0

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı Qazax -Tovuz Regional Təhsil İdarəsi, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi addımlar atılır:

"Səsləndirilən bütün iddialarla bağlı araşdırma aparılır və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək".

***

12:12

Dünən saat 13:10-da 45 yaşlı qadın Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub.

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentə sağ əlin əziyi və sıyrılmış yarası diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

***

10:06

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, sözügedən məktəbin ibtidai sinif müəllimi 45 yaşlı P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, P.Məmmədova müəllim yoldaşı S.Əhmədova ilə məktəbdə dərs bölgüsü üstündə mübahisə ediblər. Zərərçəkən P.Məmmədovanın sözlərinə görə, onu S.Əhmədova döyərək xəsarət yetirib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bilidirilib ki, müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 996

Oxşar yazılar