Azərbaycan prezidenti İranın vitse-prezidentini qəbul edib - FOTO
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 5-də İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, ikitərəfli münasibətlərimizin inkişafında mədəni əlaqələrin mühüm əhəmiyyət daşıdığını vurğulayan prezident İlham Əliyev “İpək yolunun dadı: kulinariya, mədəniyyət və turizm” mövzusunda Bakıda keçiriləcək konfransın önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
S. H. Musəvi Azərbaycana səfərindən və prezident İlham Əliyev ilə görüşündən məmnun olduğunu deyib. S. H. Musəvi İran prezidenti Mahmud Əhmədinejatın salamlarını və məktubunu dövlətimizin başçısına çatdırıb. O, Azərbaycana bu səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından yaxşı fürsət yaratdığını deyib.
Görüşdə ikitərəfli münasibətlərimizin təməl prinsipi olan xalqlarımız və dövlətlərimiz arasında mövcud olan dostluq, mehriban qonşuluq və sıx əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı İlham Əliyev prezident M. Əhmədinejatın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

Oxşar yazılar

64 yaşlı kişi 18 yaşlı gənci maşınla vurub öldürdü
2 avqust 2025 , 10:51Məşhur aktrisanın keçmiş əri güllələndi
2 avqust 2025 , 10:40
Bakıda "Wolksvagen"in vurduğu qadın öldü
2 avqust 2025 , 10:33
Bakıda narkotik qəbul edən sürücü saxlanıldı
2 avqust 2025 , 09:43
Mingəçevirdə ağır qəza - Avtomobil yaşlı qadını vurub öldürdü
1 avqust 2025 , 22:04
Xətaidə avtomobil təmiri sexi yandı - VİDEO
1 avqust 2025 , 21:20
Oğru əvvəlcə çılpaq yatan qadına sataşdı, sonra pulqabısını götürüb qaçdı
1 avqust 2025 , 19:59