Məhkəmə “Gündəm xəbər”in yenidən üzr istəməsi haqda qərar çıxarıb
06 sentyabr 2012 15:15 (UTC +04:00)

Məhkəmə “Gündəm xəbər”in yenidən üzr istəməsi haqda qərar çıxarıb

0
Yasamal Rayon Məhkəməsi «ZQAN Holding» şirkətlər qrupu Direktorlar Şurasının sədri Anar Məmmədovun «Gündəm xəbər» qəzetinə qarşı qaldırdığı iddia üzrə qətnamə qəbul edib.

Məhkəmədən Lent.az-a verilən məlumata görə, qərara əsasən qəzet təkzib verməli, A.Məmmədovdan üzr istəməli və işgüzar nüfuzuna xələl yetirdiyinə görə 10 min manat məbləğində cərimə ödəməlidir: «A.Məmmədov isə qəzetdən cərimənin birbaşa olaraq Ruhi Əsəb Xəstəlikləri Dispanserinə keçirilməsini istəyib».

Xatırladaq ki, qəzet 18 fevral 2012-ci il tarixli 38 (405)-ci sayında A.Məmmədovun işgüzar nüfuzuna xələl yetirilməsinə yönəldilmiş həqiqətə uyğun olmayan məlumat dərc edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1073

Oxşar yazılar