Şairlər: “İran bizi əfv elədi” - AÇIQLAMA
İranda həbs olunmuş şairlər Şəhriyar Hacızadə və Fərid Hüseyn artıq Azərbaycandadırlar. Onlar Biləsuvar gömrük məntəqəsini keçdikdən sonra Kulis.az-ın əməkdaşına açıqlama veriblər.
Şairlər bildiriblər ki, onlar İrana şeir festivalı üçün getsələr də, sonraadn İran əleyhinə təbliğatda ittiham olunaraq saxlanılıblar.
Şəhriyar Hacızadə Azərbaycan Respublikası Prezidentinə, İran tərəfinə təşəkkür edib.
Şəhriyar Hacızadə daha sonra bunları deyib: “Bizə heç bir təzyiq edilməyib. İşgəncə verilməyib. Bizlə islam adət-ənənəsinin humanist prinsiplərinə uyğun davranıblar. Təbrizdəki konsulluq bizim azad edilməyimizə xüsusi diqqətlə yanaşıb. Həbsdə olduğumuz müddətdə də bizimlə daim maraqlanıblar”.
Ş.Hacızadə məlumat verib ki, onların azad edilməsi məhkəmə hökmü ilə olmayıb: “Bizi İran dövləti əfv edib”.
Onlar daha geniş açıqlamanı Bakıda keçirəcəkləri mətbuat konfrasında verəcəklərini bildiriblər.
Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs edilmişdilər. Şairlərin konkret hansı maddələrlə ittiham olunduqları barədə məlumat verilmirdi. Nəhayət avqustda onların məhkəməsi olmuş və hökmün oxunması sentyabrın 7-nə saxlanmışdı.
Onlar sentyabrın 4-də həbsdən azad edilərək Azərbaycanın Təbrizdəki baş konsulluğuna təhvil veriliblər.
***
4 ay bundan öncə İranda həbs olunan azərbaycanlı şairlər Şəhriyar Hacızadə və Fərid Hüseyn artıq sərhədi keçərək, Azərbaycan ərazisinə daxil olublar. Bu barədə Lent.az-a məlumatı Şəhriyarın dayısı Ağalar Hacıyev verib. Onun sözlərinə görə, şairlərimiz bu dəqiqələrdə Biləsuvardadırlar.
Qeyd edək ki, Fərid Hüseyn və Şəhriyar del Gerani aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər. Onlar mayın 2-də həbs olunublar. Şairlərimiz sentyabrın 4-də azadlığa buraxılıblar.
Jalə

Oxşar yazılar

Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü
2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü
2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14
Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən 64 yaşlı kişi saxlanıldı
2 avqust 2025 , 16:53