Mingəçevir elektrik stansiyasını ildırım vurub
Azərbaycanda böyük elektrik stansiyasını ildırım vurub. Bu barədə APA-ya FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından mühafizə hissəsindən bildiriblər. Məlumatda qeyd olunub ki, ötən gecə sürən qeyri-sabit hava şəraiti nəticəsində Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının elektrik paylayıcı yarımstansiyasını ildırım vurub və İES-in bir neçə bloku sıradan çıxıb.
Hadisə nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikanın əksər şəhər və rayonlarında elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.
Hadisə nəticəsində İES-də qısamüddətli yanğın da baş verib. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.
Hazırda İES-in işinin bərpa olunması istiqamətində işlər görülür.

Oxşar yazılar

Astarada faciə - avtomobildən yıxılan kişi ÖLDÜ
4 avqust 2025 , 13:05
Cəriməsi olan şəxsin ölkədən çıxışına icazə verilir? - CAVAB
4 avqust 2025 , 12:14
Köşk satıcısı 200 min dəyərində lotereya bileti oğurladı: heç nə udmadı
4 avqust 2025 , 11:59Bakıda 29 yaşlı kişi iki nəfəri birdən bıçaqladı
4 avqust 2025 , 11:15
Sumqayıtda ŞOK: 6 aylıq körpə infarktdan ÖLDÜ
4 avqust 2025 , 11:01
Şəmkirdə FACİƏ: istidən beyninə qan sızan kişi ÖLDÜ
4 avqust 2025 , 10:45