Enerji qəzasının Bakı tıxacı –
Paytaxta verilən elektrik enerjisi kəsildiyi üçün şəhərin avtomobil yollarında tıxacların yaranmasına səbəb olub.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, bu gün səhər saatlarında böyük avtomobil tıxacları əsasən Heydər Əliyev prospektinin ətrafındakı yollarda, Koroğlu metrosunun yaxınlığındakı körpüdə, Yusif Səfərov küçəsi ilə Afiyəddin Cəlilov küçələrinin kəsişməsində, eləcə də Qara Qarayev metrosu ərazisində qeydə alınıb.
Mərkəzdən verilən məlumatda o da qeyd olunur ki, indi əsasən tıxaclar Cavanşir körpüsündə, “Bazarstor” ərazisində yaranıb. Digər yollarda vəziyyət stabilləşib. Sərnişindaşımada gecikmələrə gəlincə, bildirilib ki, bu cür problemlər əsasən səhər saatlarında yaşanıb.
Qeyd edək ki, bu gün Mingəçevir elektrik stansiyasını ildırım vurduğu üçün paytaxta enerji verilməsində fasilə yaranıb. Nəticədə metronun fəaliyyəti də müvəqqəti olaraq dayanıb. Hələlik ölkənin əksər rayonlarına elektrik enerjisi verilməsi bərpa olunmayıb.
Anar Məcidzadə
FOTO və VİDEO Xaliqindir

Oxşar yazılar
Həmkəndlisinə atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16