Salyanda ağır yol qəzası: ölənlər və yaralananlar var
0
0
Baş Dövlət Yol Polisindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Cəlilabad rayon sakini Elşən Oqtay oğlu Poladovun idarə etdiyi “KamAZ” markalı, 10 UJ 872 dövlət nömrə nişanlı avtomobillə, Salyan sakini, 1980-ci il təvəllüdlü Rəşad Müqdət oğlu Quliyevin idarə etdiyi VAZ-2107 markalı, 10 BC 646 dövlət nömrə nişanlı avtomobil avqustun 24-ü saat 01.00 radələrində Ələt-Astara yolunun 52,6-cı kilometrliyində toqquşub.
VAZ-2107-nin sürücüsü və sərnişini, Salyan sakini 1986-cı il təvəllüdlü Vaqif Ələsgər oğlu Qəhrəmanov hadisə yerində ölüblər. Digər iki sərnişin yaralı vəziyyətdə Salyan rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYP-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.