“Bakıelektrikşəbəkə”nin elektrik kabeli oğurlanıb
25 avqust 2010 13:55 (UTC +04:00)

“Bakıelektrikşəbəkə”nin elektrik kabeli oğurlanıb

Avqustun 23-də “Bakıelektrikşəbəkə” ASC-nə məxsus 110 metr uzunluğunda elektrik kabeli kəsilərək oğurlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Taleh Nemətov və Babək rayon sakini Elman Məmmədov tutulublar.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar