Azərbaycanlı hərbçinin əsir götürüldüyü rəsmən təsdiqləndi
30 avqust 2010 19:18 (UTC +04:00)

Azərbaycanlı hərbçinin əsir götürüldüyü rəsmən təsdiqləndi

0
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynovun Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.


Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında deyib ki, Roman Hüseynovun hansı vəziyyətdə əsir götürülməsi araşdırılır: “Böyük ehtimalla o, yolu azdığından Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb”.


Qeyd edək ki, erməni mətbuatı Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynovun avqustun 27-də saat 21.00 radələrində cəbhənin şimal istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfə keçdiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 679

Oxşar yazılar