Soyuducudan 4 uşaq cəsədi tapıldı
31 avqust 2010 10:27 (UTC +04:00)

Soyuducudan 4 uşaq cəsədi tapıldı

Türkiyədə dəhşətli olay baş verib.

Lent.az-ın “internethaber.com” saytına istinadən verdiyi məlumata görə, Konyanın Kulu rayonunun Ali Ağa yaylasında çoban kimi çalışan Mehmet Üçer övladları – 4 yaşlı Saime, 7 yaşlı Aynur, 10 yaşlı Ozan və 11 yaşlı Ebru Üçerin uzun müddət evə gəlməmələrindən narahat olub.


Uşaqlardan xəbər ala bilməyən Mehmet Üçer və həyat yoldaşı Nazmiye qonşularla birlikdə 4 uşağı hər yerdə axtarmağa başlayıblar. Bir müddət sonra bacı-qardaşların cəsədləri boş bir binada istifadə edilməyən böyük bir soyuducunun içərisində tapılıb. Uşaqların oyun oynamaq üçün soyuducunun içinə girdikləri, ancaq içəridən qapını aça bilməyərək havasızlıqdan öldükləri güman edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar