Nazirlik Xəzər Dəniz Gəmiçiliyini 10 min manat cərimələtdi
04 may 2010 17:00 (UTC +04:00)

Nazirlik Xəzər Dəniz Gəmiçiliyini 10 min manat cərimələtdi

İki dövlət qurumu arasında məhkəmə gedir

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (DXDG) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) arasında məhkəmə çəkişməsi gedir. Lent.az-ın məlumatına görə, bu dövlət qurumlarından DXDG nazirliyi məhkəməyə verib.

Belə ki, ETSN DXDG-yə aid üç gəminin ekologiyanı çirkləndirdiyi qənaətinə gəlib. Bunlar “Şah İsmayıl Xətai”, “Dədə Qorqud” və “Cabbar Həşimov” gəmiləridir. Nazirlik həmin gəmilərin bioloji qurğularının istismar müddətinin keçməsini, dənizə çirkab buraxdığını və s. əsas gətirərək DXDG-ni 10 min manat məbləğində cərimələyib.

ETSN DXDG-ni cərimləyərkən İnzibati Xətalar Məcəlləsinin (İXM) 35.2 (Bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər), 81 (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə) və 102.0.1 (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə) maddələrinə istinad edib.

Bununla razılaşmayan DXDG 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edərək inzibati məsuliyyətlə bağlı qərarın, həmçinin cərimənin ləğv olunmasını istəyib. Məhkəmə iddianı təmin etməyib.

Bundan sonra DXDG apelyasiya şikayəti verib.

Hazırda işə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar

Şuşada qısaqapanmaya görə 4 hektar ərazi yandı

Şuşada qısaqapanmaya görə 4 hektar ərazi yandı

26 iyul 2025 , 18:04
Sabirabadda kanalda batan gəncin meyiti tapıldı - YENİLƏNİB

Sabirabadda kanalda batan gəncin meyiti tapıldı - YENİLƏNİB

26 iyul 2025 , 17:30
Bakıda kişi küçədə qəfil öldü

Bakıda kişi küçədə qəfil öldü

26 iyul 2025 , 17:21
Rüşvətxor prokuror   həbs olundu

Rüşvətxor prokuror həbs olundu

26 iyul 2025 , 15:46
Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

26 iyul 2025 , 14:52
Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

26 iyul 2025 , 14:34
Sumqayıtda əsəb xəstəsi  tibb müəssisəsində öldü

Sumqayıtda əsəb xəstəsi tibb müəssisəsində öldü

26 iyul 2025 , 13:39
Yenicə həbsdən çıxan Fuad Cam öldü

Yenicə həbsdən çıxan Fuad Cam öldü

26 iyul 2025 , 13:35