Tovuzda yol qəzası: 1 ölü
31 avqust 2010 11:06 (UTC +04:00)

Tovuzda yol qəzası: 1 ölü

Avqustun 31-i saat 1 radələrində Tovuz-Cəlili yolunun Düz Cırdaxan ərazisində yol qəza hadisəsi baş verib.


Lent.az-ın Gəncəbasar müxbirinin Tovuz rayon Polis şöbəsindən aldığı məlumata görə, Düz Cırdaxan kənd sakini, 1989-cu il təvəllüdlü Paşayev Elşən Hafiz oğlu idarə etdiyi atasına məxsus «VAZ 21 03» markalı, 57 BG 384 nişanlı avtomobildə idarə etməni itirib. Nəticədə avtomobil aşıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb, avtomobildəki sərnişin, 1986-cı il təvəllüdlü Rüstəmov Ramin Rüstəm oğlu isə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.


Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774

Oxşar yazılar