Hacıqabuldakı qəzanın təfərrüatları məlum olub
5 nəfər ölüb, 8 nəfər isə yaralanıb
Bakı-Qazax yolunun Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə səhər saatlarında qeydə alınıb. Gəncədən Bakıya doğru hərəkət edən sərnişin avtobusunun hələlik markası açıqlanmayan avtomobillə toqquşub, ölənlər var.
Baş Dövlət Yol Polis İdarəsindən Lent.az-a hadisənin detalları barədə məlumat verilib. Məlumata əsasən, saat təxminən 05:45-də baş vermiş hadisədə iri sərnişin avtobusu ilə yük maşını toqquşub. Təmir işi üçün yolun kənarında saxlayan yük maşını ilə toqquşma nəticəsində yük maşını 40 metrə yaxın sürütlənib. Yük maşınının sürücüsü və sürücü köməkçisi ölüb. Avtobus sərnişinlərindən də 3 nəfər hadisə yerində keçinib.
Hadisə nəticəsində avtobusun 8 nəfər sərnişini də yaralanıb.
Vüqar Baba

Oxşar yazılar

Goranboyda ana və qızı qətlə yetirildi - YENİLƏNİB
25 iyul 2025 , 02:47
Daha bir “plastik cərrah” qalmaqalı - “Bədənim çürüyür”+Video
24 iyul 2025 , 21:26
Ermənistan ordusunun təxribatlarından zərər çəkmiş 60-dan çox şəxs məhkəmədə ifadə verdi
24 iyul 2025 , 20:30
Bakıda kişi evin həyətində ölü tapıldı
24 iyul 2025 , 19:33
Lerikdə yanğın törədənlər saxlanıldı
24 iyul 2025 , 19:28
Əmioğulları çayda batdı
24 iyul 2025 , 18:43
Evdən 7 minlik qızıl oğurlandı
24 iyul 2025 , 17:20