“AzAL”a 100 min manat ziyan vuranlara hökm oxunub
Dəstə üzvlərinə uzunmüddətli həbs cəzası təyin edilib
Mayın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AzAL”) internet səhifəsinə müdaxilə edərək şirkətə 100 min manat məbləğində ziyan vurmaqda ittiham olunan Azərbaycan və Nigeriya vətəndaşlarından ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Vaqif Mirzəzadə 10 il, Elyar Qocazadə 7 il, Əhliman Məmmədov 8 il 6 ay, Mutiu Olovu 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Tahir Əmirquliyev, Şəmsəddin Abdurrəhmanov və Nazim Həsənov 4 il , Ata Abdullayev və Səidə Məmmədova hər biri 7 il şərti olaraq azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən Murad Mahmudov isə 1000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, dövlət ittihamçısı Vaqif Mirzəzadənin 12 il, Elyar Qocazadənin 10 il, Əhliman Məmmədovun 10 il, Mutiu Olovunun 9 il, Tahir Əmirquliyev, Şəmsəddin Abdurrəhmanov, Ata Abdullayev və Səidə Məmmədovanın hər birinin 7 il, Nazim Həsənovun 4,6 il, Murad Mahmudovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Azərbaycan vətəndaşları Şəmsəddin Abdurrəhmanov, Vaqif Mirzəzadə, Tahir Əmirquliyev, Elyar Qocazadə, Nazim Həsənov, Əhliman Məmmədov, Murad Mahmudov, Ata Abdullayev, Səidə Məmmədova, Nigeriya vətəndaşı Mutiu Olovu və qeyriləri, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan xaricdə yaşayan əcnəbilər mütəşəkkil dəstənin tərkibində cəmiyyətin rəsmi “www.azal.az” internet səhifəsinə, yəni qanunla qorunan kompüter informasiyasına qeyri-qanuni daxil olublar. Bu yolla ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından qanunsuz istifadə ediblər.
Müəyyən edilib ki, dəstə üzvləri xarici vətəndaşların kredit kartlarındakı hesablarından gizli olaraq internetlə pul ödənişləri aparıb müxtəlif marşrutlar üzrə dəyərini ödəməklə elektron aviabiletlər əldə edib və bu biletləri real dəyərindən ucuz qiymətə, nağd pula digər şəxslərə satıblar. Nəticədə şirkətə 100 min manata yaxın zərər dəyib.
Təqsirləndirilən şəxslər AZərbaycan Respublikası CM-nin 271.2.1 və 271.2.3 (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxilolma ilə külli miqdarda ziyan vurma), 177.3.1 və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdar əmlakını gizli talama) maddələri ilə ittiham olunurlar.
Fərid Əkbərov

Oxşar yazılar

Xırdalanda 29 yaşlı fəhlə faciəvi şəkildə öldü
22 iyul 2025 , 09:24
Gəncədə 21 yaşlı gənc bıçaqlandı
22 iyul 2025 , 08:08
Göygöldə restoranda iki yeniyetmə döyüldü
22 iyul 2025 , 08:01
Gəncədə 41 yaşlı qadın bıçaqlandı
22 iyul 2025 , 03:08
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33