52000 hektar əkin sahəsi suyun altında qalıb
Təbii fəlakət bölgəsində 52000 hektara yaxın əkin sahəsi suyun altında qalıb.
Bunlardan 21500 ha taxıl, qalanı yonca sahələridir. Ölkə başçısı İlham Əliyevin göstərişinə uyğun olaraq, seldən zərərçəkən hər kəsə kompensasiya ödəniləcək.
Bu barədə KİV nümayəndələrinə Gəncədə səfərdə olan kənd təsərrüfatı naziri İsmət Abasov məlumat verib. Onun sözlərinə görə, sel suları bostan bitkilərinin əkildiyi əraziləri də yararsız hala salıb. Ayrıca 130-a yaxın iri və xırda buynuzlu mal-qara, ev quşları təbii fəlakətin törətdiyi fəsadlar nəticəsində tələf olub. Hazırda Nazirliyin Baytarlıq Xidməti ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yaranan fəsadları aradan qaldırmağa çalışır. “Yarana biləcək infeksion xəstəliklərin qarşısını alınması üçün tələf olan heyvanların cəsədləri sel sularının basdığı ərazilərdən çıxarılır” – deyə nazir qeyd edib.
Vüsalə Cənnətova

Oxşar yazılar

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16