Tərtərdə şəhid olmuş əsgərlərimiz torpağa tapşırılıb
APA-nın müxbirlərinin məlumatına görə, şəhid Əmirov Vüqar Əmirəli oğlu doğulduğu İmişli rayonu Xosçobanlı, şəhid Abdullayev Pərvin Nəbi oğlu isə doğulduğu Sabirabad rayonunun Xəlfəli kəndində bu gün torpağa tapşırılıb.
Dəfn mərasimlərində hərbçilər, icra hakimiyyəti orqanlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Qeyd edək ki, avqustun 31-də saat 16.30-da Ermənistan silahlı bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu zaman şiddətli atışma baş verib. Azərbaycan əsgərinin güclü müqaviməti nəticəsində düşmən 3 itki və bir neçə yaralı verərək geri oturdulub.
Döyüş zamanı Azərbaycan Ordusunun 2 əsgəri - 2009-cu ilin aprelində İmişli Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Əmirov Vüqar Əmirəli oğlu və 2009-cu ilin aprelində Sabirabad Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Abdullayev Pərvin Nəbi oğlu qəhrəmancasına şəhid olublar.

Oxşar yazılar

Gəncə sakini bıçaqlandı
8 iyul 2025 , 00:33Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
7 iyul 2025 , 22:47
Abşeron Gənclər şəhərciyində partlayış: Yaralananlar var - VİDEO - YENİLƏNİB
7 iyul 2025 , 22:34
Şəmkirdə istixana yandı
7 iyul 2025 , 21:15
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi
7 iyul 2025 , 21:01
Qubada gənc oğlanın meyiti tapıldı
7 iyul 2025 , 19:33
İranla sərhəddə birgə əməliyyat: 42 kilo narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı
7 iyul 2025 , 18:55