Qızının başını kəsən ataya 14 il həbs cəzası verildi
07 iyun 2010 13:45 (UTC +04:00)

Qızının başını kəsən ataya 14 il həbs cəzası verildi

İyunun 7-də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə öz qızını öldürməkdə təqsirləndirilən Dəvəçi rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Qurban Sərdarova hökm oxunub. Hökmə əsasən, Q. Sərdarov 14 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, bu ilin fevralın 17-də Dəvəçi rayonu H. Əliyev küçəsində yaşayan, 1962-ci il təvəllüdlü Quraban Məhərrəm oğlu Sərdarov 1986-cı il təvəllüdlü qızı Pərvin Sərdarovanın boğazını kəsərək qətlə yetirib. Qətli törədəndən sonra Q.Sərdarov rayon prokurorluğuna gedərək hadisə barədə məlumat verib.


O, ibtidai istintaqa və məhkəməyə ifadəsində qızını yüngül həyat tərzi keçirdiyinə görə qətlə yetirdiyini söyləyib.



Q.Sərdarov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 373

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15