“Şəhidim”
Millət vəkili Qənirə Paşayeva və əməkdar artist, tanınmış bəstəkar-müğənni Tünzalə Ağayeva Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova və onun simasında torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə, qəhrəmanlarımıza ithaf olunmuş “Şəhidim” adlı musiqi kompozisiyası hazırlayıblar.
Lent.az-ın verdiyi məlumata görə, sözləri millət vəkili Qənirə Paşayevaya, bəstəsi Tünzalə Ağayevaya aid olan musiqi kompozisiyasını Tünzalə Ağayeva və Türkiyəli sənətçi, eyni zamanda TRT AVAZ kanalının aparıcısı Cüneyt Cakova ifa edirlər.
Musiqi kompozisiyası Mübariz İbrahimovun ailəsinə yazdığı vida məktubu üzərində qurulub. Artıq millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə musiqi kompozisiyasının klipi də hazırlanıb və sentyabrın 2-dən etibarən radio və televiziya ekranlarında nümayiş olunmağa başlayacaq. Müəlliflər inanırlar ki, bu musiqi kompozisiyası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, o cümlədən digər şəhidlərimizin əziz xatirələri qarısında bir ehtiram olmaqla yanaşı, gənc nəsillərimiz arasında vətənpərvərlik hissinin daha da güclənməsinə də xidmət edəcək. Bu əsər insanları, xüsusilə də gəncləri şəhidlik zirvəsi, vətən və torpaq qarşısında borc kimi dəyərlər barədə düşünməyə səsləyir.
Musiqi kompozisiyasının və klipin Türkiyənin bəzi radio və televiziya kanallarında nümayiş etdirilməsi də nəzərdə tutulur. Musiqi kompozisiyasının bir millət, iki dövlət olan Azərbaycan və Türkiyəli sənətçi tərəfindən birgə ifa edilməsi böyük məna daşıyır. Musiqi kompozisiyası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Müqəddəs Zirvə” adlı film üçün hazırlanıb. Filmdə Mübariz İbrahimovun qəhrəmanlıq yolu geniş şəkildə öz əksini tapır. Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə hazırlanan və çəkilişlərinə 1 ay əvvəl başlanılan film artıq hazırdır. Yaxın günlərdə filmin təqdimat mərasimi keçiriləcək.
Televiziya kanallarında da nümayiş olunacaq filmin nüsxələri hərbi hissələrə, ali və orta məktəblərə, xaricdə yaşayan soydaşlarımıza da göndəriləcək.

Oxşar yazılar

Gəncə sakini bıçaqlandı
8 iyul 2025 , 00:33Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
7 iyul 2025 , 22:47
Abşeron Gənclər şəhərciyində partlayış: Yaralananlar var - VİDEO - YENİLƏNİB
7 iyul 2025 , 22:34
Şəmkirdə istixana yandı
7 iyul 2025 , 21:15
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi
7 iyul 2025 , 21:01
Qubada gənc oğlanın meyiti tapıldı
7 iyul 2025 , 19:33
İranla sərhəddə birgə əməliyyat: 42 kilo narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı
7 iyul 2025 , 18:55