Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimi barədə rəsmi məlumat yayıldı
24 iyun 2010 13:30 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimi barədə rəsmi məlumat yayıldı

Məqsəd Azərbaycanın ərazi bütövlüyünün bərpası üzrə hərbi birləşmələrin birgə fəaliyyətlərinin uzlaşdırılması olub


İyunun 21-dən 24-dək Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələri ilə irimiqyaslı Birgə Əməliyyat-Taktiki təlimi keçirilib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təlimə ümumilikdə 4000 nəfərdən çox şəxsi heyət, 100 tank, 77 ədəd zirehli döyüş maşını, 125 ədəd artilleriya sistemləri, 17 ədəd döyüş təyyarəsi, 12 ədəd döyüş vertolyotu və 4 ədəd nəqliyyat-döyüş vertolyotu cəlb edilib.


Təlim rəhbərliyi tərəfindən qarşıya Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin birgə döyüş tətbiqinin planlaşdırılması üzrə qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi, müdafiə əməliyyatı gedişində müxtəlif güc strukturlarının birləşmə və hissələrinin uzlaşmış fəaliyyətinə nail olunması, əməliyyatın müxtəlif mərhələlərində qoşunlar arasında koordinasiyanın və qarşılıqlı əlaqənin təmin edilməsi və genişmiqyaslı hücum əməliyyatının aparılması, ölkə ərazisinə soxulmuş düşmən qüvvələrinin darmadağın edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası üzrə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birlik, birləşmə və hissələrinin birgə fəaliyyətlərinin uzlaşdırılması məqsədləri qoyulub.


24 iyunda təlimin əsas mərhələsində aviasiya zərbələrinin və artilleriya sistemlərinin döyüş atışının praktiki idarə olunması, hava desantının çıxarılması, müxtəlif qoşun növləri və xüsusi qoşunların hücum əməliyyatında tətbiqi sualları işlənib, birləşmə və hissələrin taktiki fəaliyyətləri və silah sistemlərinin real atışları həyata keçirilib, müxtəlif güc strukturlarının birləşmə və hissələri arasında qarşılıqlı əlaqənin saxlanılması təmin edilib.


Təlimin əsas mərhələsini Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev izləyib. Təlimə cəlb edilən birləşmə və hissələr tərəfindən qarşıya qoyulan bütün məqsədlərə nail olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:32
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15
Maşın çaya düşdü, 4 prokurorun meyiti  tapıldı

Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı

18 iyul 2025 , 18:17
12 supermarketdə  narkotik tərkibli banan   tapıldı

12 supermarketdə narkotik tərkibli banan tapıldı

18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU

Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU

18 iyul 2025 , 17:05