Bakıda baş verən atışmanın iştirakçılarının adları məlum oldu
DİN bununla bağlı rəsmi məlumat yayıb
İyulun 1-də saat 20:06-da Suraxanı qəsəbəsindəki A. Rzayev küçəsində avtoxuliqanlıq hərəkətləri edən və odlu silahdan atəş açan şəxslərin adları məlum olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, maşınların Bakı şəhər sakinləri Anar Dadaşova, Mövsüm Nuriyevə və Pərviz Tağıyevə məxsus olmaları müəyyən edilib.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2107” markalı avtomaşının sürücüsü A. Dadaşov saxlanılıb. Digər iki şəxsin axtarışları davam etdirilir.
Hadisə zamanı 2 “VAZ-2107” markalı və 1 “Mercedes” markalı avtomobilin sürücüləri tərəfindən avtoxuliqanlıq edilib və odlu silahdan atəş açılıb. Suraxanı RPİ 31-ci PB əməkdaşları tərəfindən hadisə yerindən 3 ədəd tapança gilizi götürülüb.
Vüqar Baba

Oxşar yazılar

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü
18 iyul 2025 , 19:15
Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı
18 iyul 2025 , 18:17
12 supermarketdə narkotik tərkibli banan tapıldı
18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU
18 iyul 2025 , 17:05
Şəmkirdə yol çəkmək adı ilə sevgilisinin bütün qızıllarını aldı - ŞOK DƏLƏDUZLUQ
18 iyul 2025 , 16:07