İntihar etdiyi bildirilən qadının öldürüldüyü üzə çıxıb
Şəmkirli qadını əri qətlə yetiribmiş
2010-cu il mayın 9-da Şəmkir rayon Dəllər qəsəbəsinin sakini Almaz Qurbanovanın “Vinçester” tipli silahdan atəş açaraq intihar etməsi faktı üzrə aparılan araşdırmalar hadisənin qətl olmasını üzə çıxarıb.
Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Lent.az-a daxil olan məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə hadisədə qəsdən adamöldürmə cinayətinin əlamətləri müəyyənləşdirilib.
Həyata keçirilən təxirəsalınmaz prosessual hərəkətlərlə Almaz Qurbanovanın ailə münaqişəsi zəminində həyat yoldaşı Fəxrəddin Rzayev tərəfindən qəsdən öldürüldüyü sübuta yetirilib və sonuncu törətdiyi əməli etiraf edib. Cinayətin aləti olan odlu silah isə maddi sübut kimi götürülüb.
Vüqar Baba

Oxşar yazılar

Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü
18 iyul 2025 , 19:15
Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı
18 iyul 2025 , 18:17
12 supermarketdə narkotik tərkibli banan tapıldı
18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU
18 iyul 2025 , 17:05