Biləsuvarda 16 yaşlı oğlan günvurmadan ölüb
03 iyul 2010 13:30 (UTC +04:00)

Biləsuvarda 16 yaşlı oğlan günvurmadan ölüb

Azərbaycanın Biləsuvar rayonunda 16 yaşlı oğlan günvurmadan ölüb.


Biləsuvar rayon Prokurorluğunun böyük müstəntiqi Anar Zeynalovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə iyulun 2-də saat 18.30 radələrində qeydə alınıb. Rayonun Əsgərabad kənd sakini, 1994-cü il təvəllüdlü İsmayıl Ağabəy oğlu Həbibov atasının kombaynında biçindən qayıdarkən qəflətən dünyasını dəyişib.


Məhkəmə - tibbi ekspertizanın müayinəsindən sonra onun günvurma nəticəsində öldüyü müəyyənləşdirilib. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar