Bakıda baş verən silahlı insidentin daha bir iştirakçısı tutuldu
Azərbaycan paytaxtında baş vermiş silahlı insidentin daha bir iştirakçısı həbs edilib. Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.
İyulun 1-də Suraxanı qəsəbəsində baş vermiş silahlı insidentlə bağlı daha bir nəfər saxlanılıb. Hadisənin iştirakçısı olan Tural Sərxan oğlu İspatov barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib. Hadisə ilə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, məlum cinayət hadisəsi iyulun 1-də, saat 20.06 radələrində Suraxanı qəsəbəsindəki A. Rzayev küçəsində qeydə alınıb. 2 “VAZ-2107” markalı və 1 “Mercedes” markalı avtomaşınların sürücüləri tərəfindən avtoxuliqanlıq hərəkətləri edilib və odlu silahdan atəş açılıb.
Suraxanı rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən hadisə yerindən 3 ədəd tapança gilizi götürülüb. Aparılan araşdırmalar zamanı avtomaşınların Bakı şəhər sakinləri Anar Dadaşov, Mövsüm Nuriyev və Pərviz Tağıyevə məxsus olmaları müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2107” markalı avtomaşının sürücüsü A. Dadaşov saxlanılıb.
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq) və 228-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Oxşar yazılar

Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü
18 iyul 2025 , 19:15
Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı
18 iyul 2025 , 18:17
12 supermarketdə narkotik tərkibli banan tapıldı
18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU
18 iyul 2025 , 17:05