Yay mövsümündə Bakıda 10 nəfəri ilan vurub
05 iyul 2010 12:00 (UTC +04:00)

Yay mövsümündə Bakıda 10 nəfəri ilan vurub

Yay mövsümü başlayandan bəri Bakıda 8 nəfər dənizdə batıb.


Bu barədə APA-ya Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkimin müavini Rauf Nağıyev məlumat verib. Onun sözlərinə görə, yay mövsümü girəndən paytaxtda 47 nəfəri gün vurub, onlardan 12 nəfər xəstəxanaya yerləşdirilib. Bu müddət ərzində 23 nəfər dənizdə çimərkən boğulub. Onlardan 8-i dünyasını dəyişib, 6 nəfəri, xəstəxanaya yerləşdirilib, digərlərinə isə ilkin tibbi yardım göstərilib.
R.Nağıyev həmçinin bu yay mövsümündə 10 nəfəri ilan sancdığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar