Rəsul Quliyevin qohumunu girov götürən şəxs tutulub
01 iyul 2010 13:18 (UTC +04:00)

Rəsul Quliyevin qohumunu girov götürən şəxs tutulub

Həbs olunan şəxs Hacı Məmmədovun dəstəsinin üzvü olub


Keçmiş spiker Rəsul Quliyevin yaxın qohumunu girov götürməkdə şübhəli bilinərək axtarışda olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə axtarışda olan Əbdül Xeyrulla oğlu Əliyev iyunun 30-da tutulub.


Belə ki, Ə. Əliyev Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, hazırda ömürlük həbs cəzasına məhkum edilən Hacı Məmmədovun silahlı qruplaşmanın tərkibində vətəndaşlara silahlı basqınlarda iştirak edib. 1997-ci ildə isə o, Bakıda Ülvan Bağırovun oğurlanmasında, işgəncə verilməsində və hədə-qorxu ilə küllü miqdarda pul tələb olunmasında iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451

Oxşar yazılar