6 gün dağlarda gizlənən qəbələli qatil tutuldu
Qəbələdə 1 nəfəri öldürüb, ikisini ağır yaralayan şəxs tutulub. Bu barədə Lent.az-a Qəbələ Rayon Prokurorluğundan məlumat verilib Bildirilib ki, iyulun 9-da hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində iyulun 3-də rayonun Tikanlı kəndində qətl hadisəsi törətmiş kənd sakini Yusifov Höküməli Atamalı oğlu tutularaq istintaqa təhvil verilib. 6 gün dağda gizlənən H. Yusifovu dünən axşam saatlarında tutmaq mümkün olub.
İyulun 3-də H. Yusifov qısqanclıq zəminində aralarında baş vermiş münaqişə zamanı qanunsuz saxladığı ov tüfəngi ilə dayısı Quliyev Mürsəl Mirzalı oğlu və onun oğlu Şahmuradı qəsdən öldürmək məqsədilə yaşadıqları evin həyətində atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Höküməli Yusifov cinayət əməllərini davam etdirərək təxminən yarım saatdan sonra dayısının digər oğlu Nizamidən qisas almaq niyyətilə sonuncunun yaşadığı Tikanlı kəndinin Dəmirçi bağları adlanan ərazisinə gedib, həmin tüfənglə onun ürək nahiyəsinə atəş açmaqla qəsdən öldürüb. Mürsəl və Şahmurad Quliyevlər ağır bədən xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasının müvafiq olaraq cərrahiyyə və reanimasiya şöbələrinə yerləşdiriliblər.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci maddələri ilə cinayət işi başlanılıb.
Fərid Əkbərov

Oxşar yazılar

Araz çayında bir nəfər batdı
18 iyul 2025 , 15:15
Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 , 15:00
Ermənistanda işgəncələrə məruz qalan şəxs məhkəmədə ifadə verdi
18 iyul 2025 , 14:21
Azərbaycanlı milyarderdən rüşvət alan fransalının işində ittiham aktı ELAN OLUNDU
18 iyul 2025 , 14:11
Azərbaycanda 10 korrupsioner cinayət başında saxlanılıb
18 iyul 2025 , 14:06
Masallıda qonaq evdən 12 minlik qızıl oğurladı
18 iyul 2025 , 12:59
"Nə oldu, Paşinyan?"ı oxuyan həbs olundu - SƏBƏB - YENİLƏNİB
18 iyul 2025 , 12:51