Bacı qatilinə 10 il həbs
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bacısını qətlə yetirən Kürdəmir rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlyas Süleymanova hökm oxunub. Hökmə əsasən, İ. Süleymanov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2010-cu il yanvarın 25-də rayonun Topalhəsənli kənd sakini, 1963-cü il təvəllüdlü İ. Süleymanov bacısı, 1969-cu il təvəllüdlü Süleymanova Lətafət Süleyman qızını kəndirlə boğaraq öldürüb. Sonra onun meyitini öz həyətinə gətirərək torpağa basdırıb. Yanvarın 27-də Rayon Polis şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Süleymanov tutularaq istintaqa təhvil verilib. O, bacısını namus üstündə öldürdüyünü etiraf edib.
Qeyd edək ki, İ. Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Fərid Əkbərov

Oxşar yazılar

"Nə oldu, Paşinyan?"ı oxuyan həbs olundu
18 iyul 2025 , 12:30
İsmayıllıda kişi toyuq hinində ölü tapıldı
18 iyul 2025 , 12:17
Bakı aeroportunda ƏMƏLİYYAT: brilyant qaçaqmalçıları TUTULDU
18 iyul 2025 , 11:50
Bakıda küçədə lüt gəzən oğlan saxlanıldı
18 iyul 2025 , 11:07
Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33