6 milyon manatlıq dələduzluq
Sentyabrın 2-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Bakı şəhəri sakini Məmmədov Rəşad Dünyamin oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi vəsatətlə çıxış edərək, zərərçəkmişlərin çoxunun cinayət işinin materialları ilə tanış olmadığını bildirib. Hüquqi nümayəndə bu səbəbdən cinayət işinə xitam verilməsini və ibtidai istintaqa qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin edərək, cinayət işinə xitam verib və işi ibtidai istint qı aparan Bakı Şəhər Prokurorluğuna göndərib.
İttihama görə, Rəşad Məmmədov dələduzluq yolu ilə Bakı şəhəri sakinləri Maqsud Hacıyev, Zakir Ələsgərli və daha 70 nəfərin 6 milyon manatını alaraq mənimsəyib. Zərərçəkmişlərin şikayəti əsasında 2009-cu ilin noyabrında tutulub.
Qeyd edək ki, R. Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunur.
Fərid Əkbərov

Oxşar yazılar

Qaxda keçmiş hərbçinin meyiti tapıldı
7 iyul 2025 , 17:20
Putinin bu gün işdən çıxardığı nazir İNTİHAR ETDİ
7 iyul 2025 , 17:02
"Beş Barmaq"da FACİƏ: Paraşütlə atılan qız qayaya çırpılıb ÖLDÜ
7 iyul 2025 , 16:57
"Torqovı"da dərzi sexində müəmmalı ÖLÜM
7 iyul 2025 , 16:52
Bakıda kanaldan qadın meyiti tapıldı - YENİLƏNİB
7 iyul 2025 , 15:45
200 dəfədən çox binaya çıxdı, yenə pul verib düşürtdülər
7 iyul 2025 , 15:24
Almaniyada azərbaycanlı həkimin MEYİTİ TAPILDI
7 iyul 2025 , 14:22