Abşeronda 30 yaşlı gənci öldürən şəxs yaxalandı
0
0
Abşeronda 30 yaşlı gənci qətlə yetirən şəxs tutulub. Bu barədə Lent.az-a Rayon Polis şöbəsindən məlumat verilib. Məlumatda bildirilib ki, iyulun 19-da Qobu qəsəbəsində Aşağı Güzdək qəsəbə sakini, 1980-ci il təvəllüdlü Qurbanov Toğrul Tahir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Çoxlu sayda bıçaq zərbəsi alan T.Qurbanov hadisə yerində keçinib.
Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində qətli törədən şəxsin Bakı şəhəri, Xocasən kəndində kirayədə yaşayan 1963-cü il təvəllüdlü Qocayev Fəxrəddin Soltan oğlunun olması müəyyən edilib. F. Qocayev tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır
Fərid Əkbərov