36 yaşlı qadın Nabranda  müəmmalı şəkildə ölüb
28 iyul 2010 18:00 (UTC +04:00)

36 yaşlı qadın Nabranda müəmmalı şəkildə ölüb

0
Ölümün səbəbləri araşdırılır

İyulun 28-də səhər saatlarında Nabranda oteldə bir nəfər dünyasını dəyişib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Bakı şəhər sakini, 36 yaşlı Kəmalə Nuriyevanı qaldığı “Qafqaz” otelində dünyasını dəyişib.

Xaçmaz rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Kəmalə Nuriyevanın ölümünün səbəblərini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 556

Oxşar yazılar