Cəbhə xəttində ermənilər bir-birini qırır
Son aylar Ermənistan-Azərbaycan dövlət sərhədində və Azərbaycanın işğal olunmuş ərazilərindəki erməni hərbi birləşmələrində zabit-gizir heyətinin intiharları və qətləri artıb. Lent.az-ın Ermənistan KİV-lərindən topladığı məlumata görə, iyunun 18-də Tərtərdə qoşunların təmas xəttindəki insident istisna olunmaqla, intihar etmiş və qətlə yetirilmiş erməni zabit və əsgərlərinin sayı 10-a çatıb. Belə ki, iyun ayında Qubadlı rayonundakı 73128 saylı tank alayında xidmət edən gizir Samvel Şirxanyan məzuniyyət zamanı evində asılmış vəziyyətdə tapılıb.
İntihar hadisələrindən digəri Ağdarə ərazisində, cəbhə xətinin ikinci eşalonunda yerləşən 47455 saylı hərbi hissədə baş verib. Hərbi hissənin əməliyyat idarəsinin zabitinin xidməti silahından özünə atəş açaraq intihar etdiyi bildirilsə də adı açıqlanmayıb.
Füzuli rayonunun işğal altındakı ərazilərində cəmləşdirilmiş alaylardan birində xidmət edən kapitan Artaşes Gevroqyan isə iyulun əvvəllərində yaşadığı evdə xidməti tapançasından özünə atəş açaraq intihar edib. Gevroqyanın intiharına səbəb kimi onun hərbi rəhbərlik tərəfindən cəzalandırılaraq rütbəsinin aşağı salınması, eyni zamanda cəbhə xəttinə göndərilməsi göstərilir. Zabitin ailəsi onun 7 aydan çox bir müddətdə Noemberyanda yaşayan ailəsinə baş çəkə bilmədiyini açıqlayıb.
Başqa bir intihar hadisəsi isə Ermənistan-Azərbaycan dövlət sərhədində, Tovuz rayonu ilə həmsərhəd yerləşən Tavuş rayonunun Çinari kəndində, iyulun 18-də baş verib. Müqavilə əsasında orduda xidmət edən 31 yaşlı leytenant Artak Nazaryan da özünü odlu silahla vuraraq intihar edib.
Ötən gün Xocavənd rayonundakı hərbi hissədə müqavilə əsasında xidmət edən əsgər əsgər Karo Ayvazyanın öz zabiti baş leytenant Vardkes Tadevosyan, əsgərlər Qaregin Ovsepyan, Andranik Sarkisyan, Robert Ovannisyan, Artyom Manasyan qətlə yetirərək intihar etməsi son 2 ayın rekordu sayıla bilər.
Ekspertlərin fikrincə, erməni ordusunda intiharların sayının artması uzun illərdir cəbhə xəttində, şəraitsiz yerlərdə xidmətin yaratdığı psixoloji zəiflik, erməni əsgər və zabitlərin artıq vəziyyətə dözə bilməməsi, iqtisadi cəhətdən çökmüş dövlətin zabit və əsgər heyətin adi sosial problemlərini həll etməkdə aciz qalması və ordunun nizam-intizamının aşağı səviyyədə olmasından irəli gəlir. Azərbaycan Müdafiə Nazirliyinin əsas idarələrindən birində işləyən, adının çəkilməsini istəməyən yüksək rütbəli zabitin Lent.az-a verdiyi məlumata görə, ermənilər əvvəlki illərdə maksimum şəkildə orduda baş verən neqativ halları gizlətməyə çalışsalar da, son 2 ildə buna nail ola bilmirlər. Artıq həlak olan, zərər çəkən hərbçilərin yaxınları belə məlumatları müxalif mətbuata və hüquq müdafiə təşkilatlarına ötürərək ictimailəşdirməyə başlayıb. Ermənistan Müdafiə Nazirliyinin «Mənəvi-psixoloji hazırlığı yüksək səviyyədə saxlamaq üçün Silahlı Qüvvələrdə baş verən, neqativ hadisələrin və ölüm hallarının yazılı və elektron kütləvi informasiya vasitələrində yayılmasının qarşısının alınması» barədə bir vaxtlar qəbul etdiyi direktivə heç kim riayət etmir.
Mənbənin məlumatına görə, Qarabağdakı Xocalı təlim alayına iyun ayında gətirilmiş 500-dək ermənistanlı gənc əsgərin kütləvi şəkildə dezinteriyaya tutulması faktı mövcuddur. Hansı ki, bu hadisəyə Ermənistanın bəzi müxalif yönlü KİV-ləri öncə yer ayırsalar da, az keçməmiş xəbər həmin KİV-lərin internet səhifələrindən götürülüb.
Qeyd edək ki, ötən ilin sonlarında da ermənilərin Qarabağdakı hərbi birləşmələrində anoloji 2 hal baş vermişdi. Keçən il sentyabr ayının 6-da Qarabağda xidmət edən 19 yaşlı əsgər Aşot Ovannisyan bölük komandiri kapitan Aram Vartanyanı, sentyabr ayının 1-də isə əsgər Aram Mkrtçyan bölük komandiri Andokom Qasparyanı güllələyərək öldürmüşdü.
Ermənistan ordusundakı vəziyyəti Lent.az-a şərh edən Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədovun sözlərinə görə, bütün problemlər ermənilərin ordunu komplektləşdirə bilməməsi və imkanlarının aşağı səviyyədə olması ilə bağlıdır: «Ermənistan ordusunda bu gün çağırışçı problemi var. Cəbhə xəttindəki hərbi hissələr komplektləşdirilə bilmir və nəticədə çox saylı vakant yerlər yaranıb. Bu da zabit və gizirlərin işlərini daha daağırlaşdırır, bir nəfər bir neçə nəfərin vəzifəsini icra etməyə məcbur olur. Təbii ki, qoyulan tələbi yerinə yetirmək də çətinləşir. İkinci bir məsələ isə orduda ermənistanlı-qarabağlı probleminin mövcud olması, eləcə də sərhəddəki hərbi hissələrə cəzalandırılmış zabit və əsgərlərin göndərilməsi, ailə problemləri, sosial problemlər və s. göstərilə bilər». Ekspert hesab edir ki, iqtisadi imkanları ilə yanaşı Ermənistan Silahlı Qüvvələrinin gücü də tükənmək üzrədir. Artıq Ermənistan rəhbərliyinin populist çıxışları və aradabir hansısa ölkədən silah və texnika alınması barədə psixoloji təsir doğuran məlumatları açıqlaması da öz effektini vermir.
Rəşad

Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57